Xamenei : "Təcrübə göstərir ki, ABŞ ilə danışıqlar "ağlabatan deyil"
![](/uploads/posts/2025-02/1738920478_1738920458597.png)
İranın ali dini lideri Əli deyib ki, təcrübə sübut edib ki, ABŞ ilə danışıqlar “ağıllı, müdrik və şərəfli deyil”.
Reportyor.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü Tehranla təsdiqlənmiş nüvə sülh razılaşması əldə etmək istədiyini bildirib.
2018-ci ildəki əvvəlki prezidentlik dövründə Tramp ABŞ-ı Tehranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişindən çıxarıb və ölkə iqtisadiyyatını çökdürən sanksiyaları bərpa edib.
Sərt tədbirlər Tehranı sazişin nüvə məhdudiyyətlərini pozmağa sövq etdi.
İranın yüksək rütbəli rəsmisi çərşənbə günü Reuters agentliyinə bildirib ki, İran mübahisələri həll etmək üçün ABŞ-a şans verməyə hazırdır.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:49