mobil versiya

İran prezidenti: "Nüvə silahına can atmırıq"





İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın nüvə silahı əldə etməsinə mane olmaq üçün yeni razılaşmaya çağırışından bir gün sonra ölkəsinin nüvə silahı əldə etmək istəmədiyini bildirib.

Reportyor.az xəbər evrir ki, Pezeşkian Tehranda xarici diplomatlarla görüşdə "Biz nüvə silahı yaratmağa çalışmırıq, bu məsələnin yoxlanılması asan işdir" dedyib.

Çərşənbə günü Tramp İranla təsdiqlənmiş nüvə sülh sazişinə çağırıb və əlavə edib ki, nüvə silahı ola bilməz.

ABŞ prezidenti bir gün əvvəl İranın nüvə silahı əldə etmək iqtidarında olduğu iddialarına görə ona qarşı maksimum təzyiq siyasətini bərpa etmişdi.

İran siyasətin bərpasını qınayıb və bildirib ki, bu siyasətin yenidən həyata keçirilməsi uğursuzluqla nəticələnəcək.

Bu siyasətə əsasən, 2021-ci ildə başa çatan ilk müddətində Vaşinqton sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramına məhdudiyyətlər qoyan mühüm nüvə sazişindən çıxdı.

Tehran Vaşinqtonun müqavilədən çəkilməsindən bir il sonraya qədər - Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan sazişə sadiq qaldı, lakin sonra öhdəliklərini geri götürməyə başladı.

2015-ci il müqaviləsini canlandırmaq cəhdləri o vaxtdan bəri zəiflədi.

Cümə axşamı televiziyada yayımlanan görüşdə Pezeşkian deyib ki, İran bu cür silahların ardınca getmir, çünki günahsız insanların qətlə yetirilməsi İran İslam Respublikasının doktrinasında qəbuledilməzdir.

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:34