mobil versiya

DSMF-nin ötən ayda olan xərcləri açıqlanıb




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 8 faiz və ya 44 milyon manat çox olmaqla 579 milyon manat təşkil edib.

Reportyor.az xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 11 faiz və ya 44 milyon manat artaraq 443 milyon manat olub.

Ötən ay DSMF-nin xərcləri 574 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 66 milyon manat çoxdur.


KARUSEL / SOSİAL
Tarix: 14-02-2025, 12:26