DSMF-nin xərcləri 551 mln manat artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 3 faiz və ya 119 mln. manat çox olmaqla 4 mlrd. 573 mln. manat təşkil edib.
Nazirlikdən verilən xəbərə görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 103 mln. manat artaraq 3 mlrd. 718 mln. manat olub.
Yanvar-avqust aylarında DSMF-nin xərcləri 4 mlrd. 580 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 551 mln. manat çoxdur.
KARUSEL / SOSİAL
Tarix: 11-09-2024, 12:48