mobil versiya

DSMF-nin xərcləri 9 ay ərzində nə qədər artıb



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 3 faiz və ya 158 mln. manat çox olmaqla 5 mlrd. 111 mln. manat təşkil edib.


DSMF-dən verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 140 mln. manat artaraq 4 mlrd. 153 mln. manat olub.

Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 5 mlrd. 147 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 612 mln. manat çoxdur.






KARUSEL / SOSİAL
Tarix: 17-10-2024, 12:49