Azərbaycanda yaşayan Ukrayna vətəndaşının Danimarkadakı uşaq evinə yerləşdirilmiş övladları geri qaytarılıb

Azərbaycanda müvəqqəti yaşayan Ukrayna vətəndaşının Danimarkada uşaq evinə yerləşdirilmiş azyaşlı övladları geri qaytarılıb.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd edilib ki, ərizəçi, Azərbaycanda müvəqqəti yaşayan Ukrayna vətəndaşı M. Ombudsmana müraciət edərək, Danimarkada hüquq pozuntusuna yol verilməklə uşaq evinə yerləşdirilmiş azyaşlı övladlarının Azərbaycan Respublikasına qayıtmaları ilə bağlı tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş edib. Ombudsmanın müdaxiləsi, habelə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Danimarkanın Sosial İşlər və Ahıl Şəxslərin Məsələləri üzrə Nazirliyi ilə əməkdaşlıqda görülən tədbirlər nəticəsində uşaqlar ailəsinə qaytarılıb.(apa)
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:21