Psixiatriya müəssisələrində sıxlıq problemi var

Səhiyyə Nazirliyinin tabeliyindəki psixiatriya müəssisələrində sıxlıq problemi qalmaqdadır. Bu müəssisələrdə həkim və orta tibb heyəti üzrə kadr çatışmazlığı mövcuddur.
Reportyor.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, narkoloji tibb müəssisələrində müalicə üçün növbə gözləyənlərin sayı kifayət qədərdir:
“Burada da ixtisaslı kadrların narkoloq və kliniki psixoloqların çatışmazlığı mövcuddur ki, həmin peşə üzrə mütəxəssislərin də sayının artırılması vacibdir”.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 10:28