mobil versiya

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə bir sıra mələlələri müzakirə edib




Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Xarici İşlər naziri Murat Nurtleu arasında geniş tərkibdə keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Reportyor.az XİN-ə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, OTS, CICA çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.


KARUSEL / SİYASƏT
Tarix: 11-03-2025, 11:26