mobil versiya

Polşa prezidenti ABŞ-ı nüvə başlıqlarını Polşa ərazisinə köçürməyə çağırıb







Polşa prezidenti Anjey Duda ABŞ-ı Rusiyanın gələcək təcavüzünə qarşı çəkindirici vasitə kimi nüvə silahını öz ərazisinə köçürməyə çağırıb.

Reportyor.az xəbər verir ki, Duda bu barədə Financial Times-ə müsahibəsində deyib: “1999-cu ildə NATO-nun sərhədləri şərqə doğru dəyişdi, ona görə də 26 ildən sonra NATO infrastrukturunun da şərqə sürüşməsi olmalıdır. Bu, mənim üçün aydındır”.

Duda bildirib ki, o silahlar artıq ölkədə olsaydı, daha təhlükəsiz olardı.
KARUSEL / DÜNYA
Tarix: 13-03-2025, 09:48