mobil versiya

İsrail Suriyadakı druzlara humanitar yardım göndərib





İsrailin son bir neçə həftə ərzində Suriyadakı druz icmalarına humanitar yardım göndərdiyini deyən xarici işlər nazirliyi, İsrailin azlıq qrupuna verdiyi dəstəyin növbəti əlaməti olaraq bildirib.

Reportyor.az xəbər verir ki, bu barədə İsrail XİN-in açıqlamasında bildirilir.

“Son bir neçə həftə ərzində həyata keçirilən əməliyyatda indiyədək Suriyanın döyüş bölgələrindəki druz icmasına 10 min paket humanitar yardım çatdırılıb”.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, paketlərə yağ, un, duz və şəkər kimi əsas mallar daxil olub və daha çox ölkənin cənubundakı Suveyda əyalətinə çatdırılıb.

Suriyada, İsraildə, İsrailin işğal etdiyi Qolan Təpələrində və Livanda mövcud olan ərəb azlığı olan druzlar İslamda yaranmış, lakin özünəməxsus kimliyi olan bir dinə etiqad edirlər.

İsraildə bir çox druz Qəzza müharibəsi də daxil olmaqla orduda xidmət edir və bəziləri yüksək rütbələrə çatıb.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra İsrail liderləri “Həyat Təhrir əl-Şam” (HTS) hərəkatını ekstremist qrup kimi xarakterizə edərək, prezident Əhməd əl-Şaraanın yeni Suriya hökumətinə dərin inamsızlıq ifadə ediblər.

İsrail Suriyadakı azlıq qruplarının, o cümlədən druzların hüquqlarını qorumağa çağırıb.

Bu həftə İsrailin müdafiə naziri İsrael Katz suriyalı druzların İsrailin 1967-ci il müharibəsində Suriyadan ələ keçirdiyi Qolan təpələrinə girib işləməsinə icazə veriləcəyini bildirib.

İcma üzvləri bildiriblər ki, Suriyanın druzlarından olan 100-ə yaxın yüksək vəzifəli şəxsin də cümə günü Colan təpələrini ziyarət edəcəyi gözlənilir.
KARUSEL / DÜNYA
Tarix: 13-03-2025, 14:37