Bakının bu ərazisində qaz olmayacaq

Bakının Yasamal rayonu, Landau küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 17.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Reportyor.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, qaz təchizatı dayandırılan müddətdə Ə.Ələkbərov, M.Rahim, A.Sultanova, H.Cavid, K.Kazımzadə küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-03-2025, 09:52