mobil versiya

“Səbail” komandasının yeni baş məşqçisinin adı məlum olub



“Səbail” komandası yeni baş məşqçisinin adını açıqlayıb.

Reportyor.az bildirir ki, klubun mətbuat xidmətindən bildirilib.

Bu vəzifənin icrası Elvin Məmmədova həvalə olunub.
Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb. E.Məmmədov bu vəzifədə ötən gün istefaya göndərilən Cavid Hüseynovu əvəzləyib.
Qeyd edək ki, “Səbail” hazırda Misli Premyer Liqasında 27 turdan sonra 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

KARUSEL / İDMAN
Tarix: 17-03-2025, 12:03