İdxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.Reportyor.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub.
Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:
Məhsulun adı | İstehsal və son istifadə tarixi | Miqdarı | Mənşə ölkəsi | İstehsalçı | İdxalçı |
Hidrogenləşdirilmiş palma sterini | 01.11.2024-01.05.2026 | 23869.44 kq | Malayziya | “MOI Foods Malaysia Sdn. Bhd.” | “Mamam Chocolate And Bakery” MMC |
Quzu əti | 30.11.2024-30.11.2025 | 17000 kq | Monqolustan | “AZAT LLC” | “Eleven Group” MMC |
Dondurulmuşmal əti | 18.11.2024-18.11.2025 | 6180 kq | Ukrayna | “VKP”Verbovskoye” | “Hereti Bottling Company” MMC |
Qarğıdalı yarması | 28.11.2024-28.09.2025 | 10000 kq | Rusiya | OOO “TРАСТ” | “Bolluq LTD” MMC |
Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-03-2025, 09:29



























