mobil versiya

İrandan idxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb



Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi məlumat yayıb.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adıMəhsulun miqdarıİstehsalçıİdxalçıMəhsul partiyası
Turşu lavaş14850 kq“Reza Ghaderi”"Yedcon 2024" MMC17.10.2024-17.10.2026
Ərik qurusu4110 kq“Hasan Mohammadloo”"Yedcon 2024" MMC20.09.2024-20.09.2025
Şirin çörək
(keks)
1100 kq“Shırın Gholat Bonab”Fiziki şəxs Kərimov Kamran Abdulla oğlu25.09.2024-25.02.2025

Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:01