mobil versiya

İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edilib



Nəzarət tədbirləri çərçivəsində idxal olunan bir sıra məhsul partiyalarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.
Uyğunsuzluqlar əsasən idxal olunan məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olması ilə bağlıdır.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:


Məhsulun adıMəhsulun miqdarıİdxalçıMənşə ölkəsiİstehsalçıMəhsul partiyası/seriya nömrəsi, istehsal və son istifadə tarixi
1Toxumluq kartof40800 kqFiziki şəxs Qaçabəyova Nayida İbrət qızıRusiya FederasiyasıOOO "Vesna"Partiya 1
2024
2Ərzaqlıq kartof23600 kqFiziki şəxs Süleymanova Gövhər Süleyman qızıİran İslam Respublikası"AMEL MİRGASEMİ"20.10.2024
-
20.01.2025
3Konfet2500 kq"YEDCON" MMCİran İslam Respublikası"SAYEDALI KHOSRAVI"01.10.2024
-
02.10.2025
4Qırmızı pul bibər960 kq"King Foods" MMCÖzbəkistan Respublikası"Bogbod Fruits" MMC09.10.2024
-
09.10.2026
5"Hanxloksidin-XT” əmtəə nişanlı baytarlıq preparatı240 ədəd 5 litrlik qablaşdır-mada"AVC Agro" MMCVyetnam Sosialist RespublikasıPharmaceutical and Veterinary Material JSC
"GMP-WHO Factory"
Partiya N 689 13.04.2024
-
03.04.2026

Faktlarla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:18