mobil versiya

İsveçrə dondurulmuş Rusiya aktivlərinin artdığını bildirib





Moskvaya qarşı iqtisadi sanksiyalara görə İsveçrədəki dondurulmuş Rusiya aktivlərinin dəyəri bir il əvvəl 5,8 milyard frankdan 2025-ci ilin mart ayının sonunda 7,4 milyard İsveçrə frankına (8,38 milyard dollar) yüksəlib.

Reportyor.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti bildirib.

Hökumətin bildirdiyinə görə, 1,6 milyard frank artım əlavə vəsaitlərin müəyyən edilməsi və bloklanması hesabına baş verib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-04-2025, 13:35