Kərimovun 1.5 milyard dolları müsadirə olunub
Rusiya Federasiya Şurasının Dağıstandan olan senatoru Süleyman Kərimovun 1.5 milyard dolları İsveçrədə müsadirə olunub.
İsveçrə mətbuatının yazdığına görə, ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi senator Kərimova məxsus ola biləcək 1,3 milyard İsveçrə frankını (1,5 milyard dollar) bloklayıb.
İsveçrə Federal Prokurorluğu rusiyalı milyarder Süleyman Kərimovla əlaqəsi olan dörd şəxsə qarşı çirkli pulların yuyulması və sanksiya pozuntuları maddələrilə cinayət işini araşdırır. Kərimovun özünə qarşı ABŞ və Avropa İttifaqı sanksiyalar tətbiq edib. Araşdırma ötən ilin noyabrında başlayıb. Müstəntiqlər 8 evdə axtarış aparsalar da, heç kimi həbs etməyiblər.
Hesabatda qeyd olunur ki, 1,3 milyard frank bu kateqoriyalı işlər üçün əhəmiyyətli məbləğdir. Katibliyin məlumatına görə, Ukraynadakı müharibə ilə əlaqədar sanksiyalar çərçivəsində İsveçrədə Rusiyanın ümumilikdə 7,1 milyard frank (8,2 milyard dollar) dəyərində aktivi dondurulub.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 16-08-2024, 17:54