mobil versiya

Çin ABŞ-ın tariflərinə cavab olaraq sərt əks tədbirlər görəcək




ABŞ prezidenti Donald Trampın Çinə 50 faizə qədər əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə hədələməsindən sonra Pekin sərt cavab tədbirləri görəcəyini açıqlayıb.

Reportyor.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsü açıqlamasında bildirib ki, Çin ABŞ-ın Çin idxalına əlavə 50 faiz rüsum tətbiq etmək hədəsinə qəti şəkildə qarşıdır.

Sözçü qeyd edib ki, ABŞ tərəfi yanlış yola getməkdə qərarlı olarsa, Çin sona qədər mübarizə aparacaq.

Tramp, ABŞ-ın Çinin cavab tariflərini geri götürməyəcəyi təqdirdə ona əlavə rüsumlar tətbiq edəcəyi ilə hədələmişdi.


KARUSEL / DÜNYA
Tarix: 8-04-2025, 10:18