mobil versiya

Bitki tərkibli spred yağı nehrə yağı adı altında satılırmış




Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb. Həmçinin bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.

Reportyor.az xəbər verir ki, faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.

Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adıMəhsulun istehsalçısıMəhsulun partiyası/istehsal və son istifadə tarixləriAşkar edilmiş uyğunsuzluq
1“Krestyanskoye” əmtəə nişanlı spred yağıFiziki şəxs Qəniyev Fərhad Allahşükür oğlu04.03.2025
-
13.03.2025
Koliform bakteriyalar,
kif və maya göbələkləri
2Bitki tərkibli spred yağı (nehrə yağı adı altında satışına cəhd olunan)Fiziki şəxs Bağırov Rüfət Ramiz oğlu07.03.2025
-
21.03.2025
Koliform bakteriyalar,
kif və maya göbələkləri
 
Qeyd edək ki, tərkibində koliform bakteriyaların, eləcə də kif və maya göbələklərinin  aşkarlanması həmin məhsulların mikrobioloji çirklənməsi kimi qiymətləndirilir. Bu cür məhsulların istehlakı isə insan orqanizmi üçün təhlükəli hesab olunur.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-04-2025, 14:00