mobil versiya

Taliban Əfqanıstanda şahmatı qadağan edir



Əfqanıstanda hakimiyyətdə olan Taliban idarəçiliyi ölkədə şahmat oyunlarının keçirilməsini dini mülahizələrə istinad və bu oyunun bir növ qumar olduğunu iddia edərək dayandırıb.

Reportyor.az xəbər verir ki, bu barədə idman idarəsinin sözçüsü Atal Maşvani AFP-yə bildirib.

O, deyib ki, şəriətdə şahmat qumar vasitəsi sayılır: "Bu məsələlərə diqqət yetirilməyənə qədər Əfqanıstanda şahmat idmanı dayandırılır".

Kabildə sahib olduğu kafesində qeyri-rəsmi şahmat yarışları keçirən Əzizullah Gülzadə isə AFP-yə deyib ki, müsəlmanların çoxluq təşkil etdiyi digər ölkələrdə şahmata icazə verilir və bu oyunun qumarla müqayisəsi doğru deyil: "Bu gün gənclərin çoxunun əyləncə fəaliyyəti yoxdur, ona görə də bura çox adam gəlirdi. Onlar bir stəkan çay içər, dostlarını şahmat oyununa çağırardılar".

2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə yenidən qayıdan Taliban ölkədə idman və digər mədəni tədbirlərə bir sıra məhdudiyyətlər qoyub.
Əfqanıstanda qadınlara və qızlara idmanla məşğul olmaq qadağan edilib, idmançılara isə yarışlar zamanı hakimlərə və tamaşaçılara ayaqlarını göstərməyə icazə verilmir.

KARUSEL / DÜNYA
Tarix: 12-05-2025, 14:35