mobil versiya

İranın cənubunda hakim sui-qəsd nəticəsində öldürülüb





İranın cənubundakı Şiraz şəhərində cinayət məhkəməsinin hakimi çərşənbə axşamı səhər işə gedərkən sui-qəsd nəticəsində öldürülüb.

Reportyor.az xəbər verir ki, bu barədə  Mizan Online məlumat yayıb.

“Bu səhər iki nəfər Şirazdakı 2 saylı Cinayət Məhkəməsinin 102-ci şöbəsinin müdiri hakim Ehsan Baqiri işə gedərkən ona hücum edərək onu qətlə yetirib. Təəssüf ki, bu terror aktı nəticəsində o, ölüb.
KARUSEL / DÜNYA
Tarix: 27-05-2025, 12:01