“Qarabağ”ın futbolçusu Polşa millisinə dəvət alıb

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.
Reportyor.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Polşa yığması iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 10-da səfərdə dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə üz-üzə gələcək.
KARUSEL / İDMAN
Tarix: 27-05-2025, 16:46