mobil versiya

Koreya səfiri Yalçın Adıgözəlov ilə görüşüb






Koreyanın Azərbaycandakı səfiri Kanq Kımqu  Azərbaycan Musiqi Akademiyasının professoru və tanınmış dirijor Yalçın Adıgözəlovu Səfirlikdə qəbul edib.

Reportyor.az xəbər verir ki, görüşdə koreyalı və azərbaycanlı musiqiçilər arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edilib.

Dirijor Adıgözəlov Azərbaycanın məşhur sənətkar ailəsindəndir və “Azərbaycanın Xalq Artisti” adına layiq görülüb. O, 2022-ci ildə Koreya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr olunmuş dostluq konsertində Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə Krzysztof Penderecki-nin “Koreya” adlı 5 nömrəli simfoniyasını və “Vətənin Baharı” əsərini ifa edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-06-2025, 15:49