mobil versiya

Fiziki şəxslərin banklardakı əmanətlərinin dinamikası açıqlanıb






Bu ilin mayın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 14,853 milyard manat təşkil edib.

Bu barədə Mərkəzi Bankdan məlumat əldə edilib.
Məlumata görə, əmanətlərin həcmi cari ilin aprelin 1-nə nisbətən 221 milyon manat və ya 1,5% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,356 milyard manat və ya 10% artıb.
Bu ilin mayın 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 9,923 milyard manat, xarici valyuta ilə isə 4,929 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi bu ilin aprelin 1-i ilə müqayisədə 166,8 milyon manat və ya 1,7% azalıb, illik müqayisədə isə 1,050 milyard manat və ya 11,8% artıb.
Xarici valyuta ilə isə bu göstərici cari aprelin 1-nə olan rəqəmlərə nisbətən 54,2 milyon manat və ya 1,1% azalıb, illik nisbətdə isə 305,8 milyon manat və ya 6,6% artıb.(trend)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-06-2025, 10:31