mobil versiya

“Real” DÇ-yə heç-heçə ilə başladı






ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.

Reportyor.az xəbər verir ki, ötən gün İspaniya təmsilçisi “Real” da ilk matçına çıxıb.

Madrid klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”la qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Real” 34-cü dəqiqədə Qonsalo Qarsiyanın vurduğu qolla hesabı açsa da, “Əl-Hilal” 41-ci dəqiqədə Ruben Nevesin penaltidən fərqlənməsi nəticəsində məğlubiyyətdən xilas olub.

Bu komandaların yer aldığı H qrupunun digər oyununda “Zalsburq” (Avstriya) Meksikanın “Paçuka” komandası ilə qarşılaşacaq.





KARUSEL / İDMAN
Tarix: 19-06-2025, 09:20