Koreyanın füzyon milli musiqi qrupu Meqandanq Bakıda

Koreyanın füzyon milli musiqi qrupu Meqandanq Heydər Əliyev Fondu tərəfindən təşkil olunan VII “Muğam Dünyası” Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.
Qrupun tərkibi Koreyanın milli musiqi alətləri olan qomınqo, heqım və qayaqım ifaçılarından ibarət üçlü triodur. Onlar Koreya musiqisinin köklərinə sadiq qalaraq, ona yeni nəfəs verməyi və müasir auditoriyaya innovativ tərzdə çatdırmağı qarşılarına məqsəd qoymuşlar.
Koreyanın ölkəmizdəki səfirliyi Koreya füzyon milli musiqi qrupu Meqandanqın Azərbaycana səfərini səmimi qəlbdən alqışlayır və hər kəsin tədbirə böyük maraq göstərəcəyini ümid edir.
Musiqi Marafonu (saat 12:00–16:00) Tarix: 21 iyun-da, Azərbaycan Milli Xalça Muzeyində keçiriləcək.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 20-06-2025, 14:15