Yasamalda evi sökən ekskavator sürücücü azadlığa buraxılıb

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barədə qərar verilib.
Qala Eynullayev azadlığa buraxılıb.
Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.
Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, bu il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb.(apa)
KARUSEL / CƏMİYYƏT
Tarix: 23-06-2025, 14:31