mobil versiya

Həbsdə olan sabiq icra başçısı azadlığa buraxıldı



Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.
Bakı Apelyasiya Məhkəməsi bununla bağlı qərar qəbul edib.
Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Qoca Səmədovun şikayətinə baxılıb və onun şikayəti təmin edilib. O, şərti olaraq azadlığa buraxılıb.
Qeyd edək ki, Qoca Səmədov cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edib.
Nizami rayon Məhkəməsi onun vaxtından əvvəl azadlığa çıxmaqla bağlı müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.
Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub(apa).

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-07-2023, 12:51