mobil versiya

“Zirə”nin rəqibi qapıçısı ilə vidalaşıb




“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi olan Xorvatiyanın “Hayduk” klubu qapıçısı Lovre Kaliniçlə vidalaşıb.

Reportyor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı qapıçı ilə müddəti başa çatan müqavilə yenilənməyib.
“Hayduk”un yetirməsi olan Kaliniç müxtəlif illərdə (2009-2016, 2020-2025) formasını geyindiyi komandanın heyətində 213 oyuna çıxıb.
“Zirə” ilə “Hayduk” arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

KARUSEL / İDMAN
Tarix: 1-07-2025, 13:57