XİN diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
Reportyor.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə ölkəmizin müstəqil xarici siyasətinin həyata keçirilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə irəlilədilməsi və qorunması istiqamətində peşəkarlıqla çalışan diplomatlarımızı təbrik edirik.
Azərbaycan diplomatik xidmət orqanları regional sülh və sabitliyin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və dövlətimizin maraqlarının müdafiəsi sahəsində fəaliyyətini uğurla davam etdirir.
Peşə bayramınız mübarək, əziz həmkarlar!"
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-07-2025, 09:38