mobil versiya

İpoteka xətti ilə sığortalanan əmlakların sayı açıqlanıb





Bu ilin ilk yarısında ipoteka xətti ilə sığortalanan əmlakların sayı 8609-a çatıb. 

Bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev deyib.
O bildirib ki, ümumilikdə 2022-ci ildən bugünədək (ilin ilk yarısına kimi) ipoteka xətti ilə əmlak sığortalarının sayı 49270-ə çatıb.
 
Bu dövrdə ipoteka üzrə həyat sığortalarının sayı isə 20436 müqavilə təşkil edib. 
Bu ilin altı ayında isə bu rəqəm 2686 olub. 
Həmçinin əlavə edilib ki, son 4 ildə 18,6 min əmlak qiymətləndirilib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-07-2025, 17:13