mobil versiya

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin buraxılış həcmi 50 milyon manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac başa çatıb.
BFB-dən bildirilib ki, istiqrazların hərrac qiyməti 1000 manat olub.
Faizli ipoteka istiqrazının sayı 50 min ədəd, buraxılış həcmi 50 milyon manat, illik gəlirlilik faizi 3,25 faiz təşkil edib. İstiqrazların tədavül müddəti 7200 gündür. “Unicapital İ.Ş” ASC anderrayter vəzifəsində çıxış edir.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-08-2024, 17:11