mobil versiya

“Qarabağ” bu gün “Zalsburq”la oynayacaq





Təlim-məşq toplanışını Avstriyada davam etdirən “Qarabağ” bu gün sonuncu – 4-cü yoxlama oyununu keçirəcək.

Reportyor.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zalsburq”la üz-üzə gələcək.
Oyun Kaprun stadionunda, saat 20:00-da başlayacaq.
Hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını iyulun 16-da başa vuracaq.




KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:31