Rusiyada baş verən zəlzələdən sonra Çinin şərqini sunami vuracağı gözlənilir

Çinin sunami xəbərdarlığı mərkəzi bildirib ki, Rusiyanın Kamçatka yarımadasında baş verən 8,8 bal gücündə zəlzələdən sonra hündürlüyü 30 santimetrdən bir metrə qədər olan dalğaların şərq sahilinin bəzi hissələrinə düşəcəyi gözlənilir.
Bu barədə Milli Sərvətlər Nazirliyinin Sunami Məşvərət Mərkəzi bildirib.
“Milli Sərvətlər Nazirliyinin Sunami Məşvərət Mərkəzi son xəbərdarlıq və təhlil nəticələrinə əsasən, zəlzələnin Çinin bəzi sahilyanı ərazilərinə ziyan vuracağı gözlənilən sunamiyə səbəb olduğunu müəyyən edib”.
Reportyor.az
.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 09:16