Tacikistan SAM Azərbaycan da daxil olmaqla 26 xarici tədqiqat mərkəzi ilə müqavilə imzalayıb

Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi hazırda 26 tədqiqat mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Onların arasında Rusiya, Qazaxıstan, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Özbəkistan, Azərbaycan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrin elmi-tədqiqat müəssisələri var.
Bunu bu gün keçirdiyi mətbuat konfransında Strateji Araşdırmalar Mərkəzinin direktoru Xayriddin Usmonzoda deyib.
O əlavə edib ki, bu ilin birinci yarısında Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi İran, Səudiyyə Ərəbistanı, Çin və Monqolustandakı 7 analitik mərkəzlə memorandumlar və əməkdaşlıq proqramları imzalayıb.
Həmçinin məlumat verilib ki, bu ilin sentyabrında Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Səudiyyə Ərəbistanının tədqiqat mərkəzi arasında Əməkdaşlıq Sazişi imzalanması planlaşdırılır. Bu sənəd tərəflərin hər iki ölkədə keçirilən tədbirlərdə iştirakını nəzərdə tutur.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq Mərkəzin fəaliyyətinin mühüm istiqaməti hesab olunur, çünki o, ekspertlərə aktual və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı Tacikistanın dövlət siyasətinin mövqeyini çatdırmağa və izah etməyə imkan verir. Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Şanxay Əməkdaşlıq Təşkilatı Forumunun, Mərkəzi Asiya Strateji Mərkəzləri Forumunun, Aşqabadda BMT-nin Preventiv Diplomatiya Mərkəzinin, Mərkəzi Asiya və Çin Forumunun, habelə Mərkəzi Asiya və Cənubi Koreyanın Strateji Mərkəzlərinin analitik platformalarının üzvüdür.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:06