mobil versiya

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib




“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi Şimali Makedoniyanın “Şkendiya” klubu ilə cavab matçını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib.
Səfərdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” bu dəfə erkən qol buraxsa da, üstün oyun nümayiş etdirərək rəqibini darmadağın edib. Azərbaycan çempionu görüşü 5:1 hesabı ilə başa vuraraq turnirin pley-off mərhələsinə adlayıb.

“Qarabağ” növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 12-08-2025, 21:50