Bakı məktəblərində bir sıra vəzifələr üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.
Müsahibə mərhələsində namizədlərin peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır.
Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 15:56