mobil versiya

Allahşükür Paşazadə Fələstin Dövlətinin səfiri Əhməd Metanini qəbul edib





Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də Fələstin dövlətinin ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Əhməd Metanini qəbul edib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbut xidmətindən bildirilib. 

Səfiri QMİ sədri A. Paşazadə xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulayaraq, Şeyxülislamlığı dövründə hər zaman Fələstin ilə əlaqələrinin olduğunu qeyd edib. Fələstin xalqının mərhum lideri Yasir Ərəfatla İslam Əməkdaşlığı Təşkilatı müstəvisində görüşlərini xatırlayan Şeyxülislam A. Paşazadə, Azərbaycan dövlətinin Fələstinlə bağlı beynəlxalq tədbirlərdə fəal iştirakını, habelə ölkəmizdə təşkil olunmuş dəstək konfransından danışıb. Azərbaycanın hər zaman, bütün beynəlxalq müstəvilərdə Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini dəstəklədiyini, ölkəmizin Fələstinə humanitar yardımını xatırladan Şeyxülislam A. Paşazadə hal-hazırda Qəzzada baş verənlərdən, humanitar böhrandan  məyus olduğunu, problemin sülh yolu ilə həlli üçün dualar etdiyini bildirib. 
Şeyxülislam A. Paşazadə yeni səfirə qarşıdakı fəaliyyətində uğurlar dilədi, ölkəmizdə fəaliyyəti dövründə xalqlarımız arasında münasibətlərin, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyinə ümidvar olduğunu deyib. 


Səfir Ə. Metani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra ilk olaraq Şeyxülislam A.Paşazadə ilə görüşü arzuladığını ifadə edib və Fələstin Müftisi Məhəmməd Hüseynin salamlarını Azərbaycanın dini liderinə çatdırıb. Səfirliyi müddətində Azərbaycan və Fələstin dini rəhbərlərinin görüşünü təşkil etməkdən böyük məmnuniyyət duyacağını söyləyib. 
Daha sonra Fələstinli səfir Qəzzada baş verənlər barədə fikirlərini bölüşüb. Azərbaycanın gələn il evsahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünə toxunan səfir Fələstinin də bu toplantıda Fələstinə dair əhəmiyyətli qərarların veriləcəyinə ümidvarlığını ifadə edib. 

Reportyor.az






KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 17:18