Əhməd əl-Şaraa və Tramp BMT Baş Assambleyası çərçivəsində görüşüb
Suriya prezidenti Əhməd əl-Şara Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb.
Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA bildirib.
SANA, əl-Şaranın Trampla əl sıxışdığını və birinci xanım Melaniya Trampın da iştirak etdiyi fotoşəkili yayımladı. Agentlik əlavə məlumat verməyib.
Bu, may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüşdən sonra iki lider arasında ikinci görüş olub.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 25-09-2025, 10:24



























