Malayziya Qəzzaya sülhməramlı qüvvələr göndərməyə hazırdır

Malayziyanın Baş naziri Ənvər İbrahim ölkəsinin Qəzzada BMT-nin sülhməramlı missiyasında, eyni düşüncəli ölkələr və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələndirilərək iştirak etməyə hazır olduğunu bildirib.
Bu açıqlama bazar günü Kuala Lumpurda keçirilən 47-ci ASEAN Zirvə Toplantısı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü zamanı verilib.
Baş nazirin ofisindən yerli emdiaya verilən açıqlamada Ənvər İbrahim deyib: “Malayziya Fələstin mübarizəsinə qəti dəstəyini bir daha təsdiqləyir və Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzaya humanitar yardımı blokada etməsinin beynəlxalq hüququn pozulması olduğuna dair qərarını alqışlayır”.
Quterreşlə görüş həmçinin Malayziya-BMT əməkdaşlığını, o cümlədən ASEAN-BMT tərəfdaşlığını gücləndirməyi hədəfləyir.
Media xəbərlərinə görə, Tramp administrasiyası ABŞ qoşunlarının Qəzzada yerləşdirilməsini istisna etməklə yanaşı, Misir, İndoneziya və Körfəz ölkələrini əhatə edə biləcək beynəlxalq qüvvə yaratmağı düşünür.
İsrailin belə bir qüvvənin tərkibi ilə bağlı tərəddüdləri fonunda hansı ərəb və ya digər ölkələrin ərazidə iştirak edəcəyi hələ də məlum deyil.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:23


























