mobil versiya

Səudiyyə Ərəbistanı ABŞ-ın Müsəlman Qardaşlıq qollarını terror təşkilatı kimi tanımasını alqışlayıb




Səudiyyə Ərəbistanı ABŞ-ın Müsəlman Qardaşlıqlarının üç Yaxın Şərq qolunu terror təşkilatı kimi tanımaq qərarını alqışlayıb.

Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatları tərəfindən Müsəlman Qardaşlıqlarının Misir, İordaniya və Livandakı qollarını terrorçu qruplar kimi tanımasını alqışlayır".

Bəyanatda Səudiyyə Ərəbistanının ekstremizm və terrorizmi pislədiyi, ərəb dünyasında, regionda və dünyanın qalan hissəsində sabitlik və rifahın bərqərar olmasına kömək edən hər kəsə dəstəyinin vurğulandığı bir daha təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp Müsəlman Qardaşlıqlarının Misir, İordaniya və Livan qollarını terror təşkilatı kimi tanıtmışdı.

Təşkilat 1928-ci ildə Misirdə təsis edilib və növbəti onilliklərdə dünyanın müxtəlif yerlərində yayılıb. 2013-cü ildə Misirdə qadağan edilib.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: 14-01-2026, 15:46