mobil versiya

Kəşmir Həmrəylik Günü ilə bağlı Bakıda tədbir keçirilib



Kəşmir Həmrəylik Günü ilə bağlı Pakistanın Azərbaycandakı səfirliyində tədbir keçirilib.

Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Daha sonra Pakistan Prezidenti, Baş naziri və xarici işlər nazirinin Kəşmir Həmrəylik Günü ilə bağlı müraciətləri yayımlanıb.

Pakistan səfiri Qasım Mohiuddin beynəlxalq ictimaiyyətin Hindistanı Cammu və Kəşmirdə insan haqları pozuntularına son qoymağa çağırmalı olduğunu qeyd edib.

Müraciətdə deyilir ki, Pakistan Kəşmir xalqına və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində onlar;n öz müqəddəratını təyin etmək hüququna sarsılmaz mənəvi, diplomatik və siyasi dəstəyini bir daha təsdiqləyir. Kəşmir Həmrəylik Günü Pakistanın 1989-cu il üsyanından bəri 36 il ərzində Kəşmir xalqının yanında olmasına sadiqliyini əks etdirir.

Bildirilir ki, təxminən səkkiz onillik ərzində kəşmirlilər qanunsuz Hindistan işğalına qarşı diqqətəlayiq dözümlülük nümayiş etdirib. Hindistanın 5 avqust 2019-cu il tarixli qanunsuz hərəkətləri siyasi, inzibati və demoqrafik tədbirlər vasitəsilə işğalı möhkəmləndirmək səylərini daha da gücləndirib: "Hindistanın 2025-ci ilin may ayında hərbi eskalasiyası Kəşmir mübahisəsi həll edilmədən Cənubi Asiyada davamlı sülhün təmin olunmasının mümkünsüzlüyünü bir daha vurğulayır".

Pakistan hökuməti və xalqı qardaş Azərbaycan hökumətinə və xalqına Cammu və Kəşmir məsələsində göstərdikləri qətiyyətli dəstəyə görə minnətdarlığını bildirir.

Tədbirdə Cammu və Kəşmirdə baş verənlərə həsr olunmuş sərgi nümayiş olunub olunub.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: 5-02-2026, 11:23