mobil versiya

Tacikistan və Pakistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 43 milyon dollar təşkil edib






Tacikistan və Pakistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 43 milyon dollar təşkil edib.

Yerli media xəbər verir ki,  bu barədə Ticarət və Sənaye Palatasının sədri Fərhodşoh Rahmonalizoda ilə Pakistan İslam Respublikasının Tacikistandakı səfirinin müşaviri Rizvan Gül arasında keçirilən görüşdə məlumat verilib.

Tərəflər iqtisadi və investisiya sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, beynəlxalq sərgilərdə iştirak, biznes missiyalarının təşkili və biznes forumlarının keçirilməsi məsələlərini müzakirə ediblər.

Pakistan tərəfi 2026-cı ildə keçirilməsi planlaşdırılan Tacikistan Respublikasının beynəlxalq sərgiləri də daxil olmaqla, iqtisadi tədbirlərdə fəal iştirak etməyə dəvət olunub.


Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-02-2026, 15:23