Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
XİN bununla bağlı sosial şəbəkədə paylaşım edib.
"İslamabadda məsciddə baş verən və günahsız insanların həyatına son qoyan və çoxlu sayda insanın yaralanmasına səbəb olan faciəli terrorla əlaqədar Pakistan İslam Respublikası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.
Müqəddəs bir yerdə ibadət edənləri hədəf alan bu dəhşətli zorakılıq və terror aktını qətiyyətlə pisləyirik.
Dualarımız və düşüncələrimiz qurbanlar və onların ailələri ilədir və yaralananların tez bir zamanda sağalmasını diləyirik.
Azərbaycan qardaş Pakistanla həmrəydir və sülhə, sabitliyə və terrorizmin bütün formalarına qarşı mübarizəyə qəti dəstəyini bir daha təsdiqləyir".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 6-02-2026, 16:05



























