Qurbanov UEFA-nın saytına danışdı: “İngiltərədə heç bir komanda “Nyukasl”la oynamaq istəmir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı gözləntilərini bölüşüb.
UEFA-nın saytına danışan Qurbanov, İngiltərədə heç bir komandanın “Nyukasl”la oynamaq istəmədiyini deyib:
“Nyukasl” zəngin ənənəyə malik məşhur klubdur. Onların bizə uyğun olmayan oyun tərzi var. İngiltərədə heç bir komanda “Nyukasl”la oynamaq istəmir. Çünki rəqiblərinə öz oyunlarını oynamağa imkan vermir.
Evdə cəsarətli və ağıllı oyun göstərmək istəyirik. Rəqibimiz bir sıra cəhətlərdə bizdən üstündür, amma inanıram ki, oyunçularım əllərindən gələni edəcəklər”.
Oyun bu gün Bakıda keçiriləcək və saat 21:45-də başlayacaq. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 18-02-2026, 14:11



























