mobil versiya

Futzal üzrə Azərbaycan millisinə yeni məşqçi təyin edilib



Futzal üzrə Azərbaycan milli komandasında növbəti təyinat olub.

Futzal Federasiyasından bildirilib ki, Fərid Ələkbərov məşqçi kimi baş məşqçiyə kömək edəcək.

Qeyd edək ki, müxtəlif illərdə “Fener”, “Neftçi” İK, EKOL, “Baku Fire”, “Araz-Naxçıvan” klublarının, həmçinin millinin formasını geyinmiş 40 yaşlı F. Ələkbərov Azərbaycan çempionu və kubokun qalibi olub.

Reportyor.az 
KARUSEL / İDMAN
Tarix: 19-02-2026, 16:14