PSJ Mbappeyə borcundan 4 milyon avro ödəyib

"Ekip” xəbər verir ki, fransalı futbolçu ilə Paris təmsilçisi arasında məhkəmə çəkişməsi hələ də davam edir.
Daha əvvəl məhkəmə PSJ-ni Mbappeyə ümumilikdə 60,9 milyon avro ödəməyə məcbur etmişdi. Bu məbləğə futbolçunun maaşı, bonusları və hesablanmış faizlər daxildir.
25 yaşlı forvard 2018–2024-cü illərdə PSJ-nin şərəfini qoruyub. O, bu müddət ərzində Paris klubunun heyətində 308 oyuna çıxaraq 256 qol vurub və 110 məhsuldar ötürmə verib.
Mbappe 2024-cü ilin iyulunda “Real”a transfer olunub. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2029-cu ilin ortalarına kimidir. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 20-02-2026, 12:09



























