Qurban Qurbanov: “Qarabağ adı məni də böyütdü”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məşqçilərin 1-ci forumunda iştirak edib.
Qurbanov, Qarabağ adının karyerasına təsirindən danışıb:
“İşimizin böyük hissəsi legionerlərlə bağlıdır. Onları elə hazırlamalıyıq ki, hansı ölkədə və komandada olduqlarını bilməlidirlər. Qarabağ bizim yaralı yerimiz idi, amma doğma torpaqlarımızı geri qaytardıq. Başqa klublarda işləyə bilərdim. Lakin bəlkə də, bu məsuliyyət daha çox olmazdı. Qarabağ adı məni də böyütdü. Hər bir legionerə Azərbaycanın qayda-qanunlarına hörmətlə yanaşmalı olduqlarını deyirik”.
Baş məşqçi futbolda daim öyrənmək lazım gəldiyini bildirib:
“Hər sahədə yeniliklər olur. Futbol da daim inkişaf edir. 60-70 yaşınadək məşqçilikdə qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara diqqət yetirməlidir”. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 2-03-2026, 12:40



























