Azərbaycan Kubokunun oyunları ilə bağlı cəzalar
AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərində qeydə alınan qayda pozuntuları müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, "Zirə" – "Sumqayıt" matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan qonaqların futbolçusu Nikola Ninkoviç 2 oyun cəzalanıb, bu səbəbdən klub 1000 manat ziyana düşüb.
“Qarabağ” – “Şamaxı” qarşılaşmasında meydana kənar şəxs daxil olduğu üçün ev sahibi komanda 2500 manat cərimə edilib. Həmçinin 4 futbolçusu sarı vərəqə alan “Şamaxı” 700 manat cərimə ödəyəcək.
“Sabah”la görüşdə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə 2 oyun cəzalandırılıb, klub isə 1000 manat cərimə olunub.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 6-03-2026, 15:08



























