Əhməd Əl Şaraa Azərbaycan Prezidenti ilə telefonla danışıb

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Yaxın Şərq regionunda yaranmış gərginlikdən narahatlıq ifadə olunub, region dövlətlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasının zəruriliyi bildirilib.
Telefon danışığı əsnasında, eyni zamanda, Azərbaycan-Suriya ikitərəfli əlaqələrinə toxunulub, münasibətlərin möhkəmləndirilməsində, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 10-03-2026, 19:21



























